Şamlar

EMMI təklif etdiyi aromatik şamlar parfümeriya kompozisiyasında olduğu kimi keyfiyyətli ətirlərdən istifadə edilərək çoxkomponentli mumdan hazırlanır. Şamlar yandırıldığı andan etibarən olduğu məkanı zərif və ecazkar ətrə qərq edirlər. Bu şamlar bizim əhvalımıza, zehnimizə və sinir sistemimizə birbaşa təsir etdiyindən zamana və məkana uyğun olaraq istifadə olunmalıdır. Gecə zamanı və yataq otağı üçün sakitləşdirici, səhər vaxtları istifadə üçün gümrahlaşdıran və pozitivə kökləyən ətirli şamlar seçilməlidir. Sirr deyil ki, ətir əhval-ruhiyyəyə güclü təsir edir və məkanın düzgün atmosferini tənzimləməyə kömək edir.